Elçin və Hissdən yeni iş birliyi

29.06.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Sevilən müğənni, bəstəkar Elçin Cəfərov və gənclərin sevimlisi Hiss yeni layihə üçün bir araya gəliblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ilkin paylaşım Hissdən gəlib.

O, Elçin Cəfərovla birgə fotosunu paylaşaraq, "Coverimiz hazır, qaldı mahnı” sözlərini yazıb.

Paylaşım qısa müddətdə marağa səbəb olub və duetlə bağlı tamaşaçılar arasında böyük gözlənti yaradıb.

Yeni duet yaxın günlərdə dinləyicilərə təqdim olunacaq.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью