Eldar Əliyev yeni təyinat aldı

08.05.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Beynəlxalq dərəcəli voleybol hakimimiz Eldar Əliyevin milli komandaların oyunlarına təyinatı təsdiqlənib. Sport24.az xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi voleybolçular arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnir çərçivəsində iki görüşdə ədaləti qoruyacaq.

Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan - Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan - Macarıstan matçında iş başında olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüşü idarə etmək Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью