Eldar Əzizov: Azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır

08.05.2025

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır.

Adalet.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında hiss olunur:

"İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. Ora ilə yanaşı paytaxtda və digər regionlarda inkişaf aparılır. İslahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir.

Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri müqayisədə xeyli irəliləyik. Balaca ölkə olsaq da, bizim sözümüz keçir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью