Eldar Əzizov: Bu dəfə yağışla biz zəif yerlərimizi gördük

12.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu dəfə bu yağışla biz zəif yerlərimizi gördük.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti"nin balansındadır. Amma buna baxmayaraq BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq Prokurorluqda iş açılıb. O hadisə baş verən tunel ADY-nin balansında olan tuneldir. Orada Prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - deyə E. Əzizov əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью