Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ölkə.Az "Gununsesi.info"ya istinadən xəbər verir ki, YAP-a faktiki rəhbərlik edən Tahir Budaqovun rayon icra hakimiyyətinin başçısı təyin olunması birmənalı qarşılanmayıb.
Sayt iddia edir ki, araşdırması zamanı bu təyinatın "pərdəarxası məqamı" üzə çıxarıb. Belə ki, mətbu orqan məlumatlı mənbəsinə istinadən vurğulayır ki, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.
Qeyd edək ki, hazırda BŞİH-in rəhbəri Eldar Əzizovdur. O, 15 noyabr 2018-ci il tarixindən bu vəzifəyə təyin edilib.