Eldar Əzizov onu rəis təyin etdi

24.07.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

Əmrə əsasən, rəis vəzifəsinə Məmmədov Rəcəb Rəfael oğlu təyinat alıb.

Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ramana bələdiyyəsinin sədri olub.

Murad İbrahimli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью