Eldar Əzizov sabiq məmurun qardaşına VƏZİFƏ VERDİ KONKRET

03.04.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhər icra hakimiyətinin başçısı Eldar Əzizova yeni müavin təyin olunub.

KONKRET.az tribunainfo.az-a istinadən xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovun qardaşı oğlu Ayaz Hüseynov Bakı şəhər İcra Hakimiyyətinə müavin vəzifəsinə gətirilib.

A.Hüseynov əvvəl BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin bildirək ki, A.Hüseynov daha əvvəl icra başçısı Eldar Əzizovun oğlu ilə birgə SOCAR-da çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью