Eldar Əzizovdan nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

17.11.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb. 

Əmrə əsasən, sözügedən qurumun rəisi vəzifəsinə Zahid Məmmədov təyinat alıb.

Xatırladaq ki, BŞİH başçısı Eldar Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью