Eldar Əzizovdan yeni təyinat

17.11.2025

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Zahid Məmmədov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi vəzifəsinə təyin edilib.  

Sitat.info Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov əmr imzalayıb.  

Xatırladaq ki, E. Əzizov bir müddət əvvəl müşavirə zamanı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin sabiq rəisi Fəqan Məlikova ciddi iradlarını bildirmişdi. Bundan bir neçə gün sonra F.Məlikov nöqsanlara görə vəzifəsindən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью