Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu ÖZƏL

28.08.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Xəbər verdiyimiz kimi, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayevin icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.
Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Bizim.Media-ya Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib. Bildirilib ki, o, ötən gün kollektivlə vidalaşıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью