Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də VII çağırış Milli Məclisin yaz sessiyasında yenidən formalaşdırılmış İntizam komissiyasının ilk iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasa sədrlik edən komissiya üzvü Hikmət Məmmədov komissiyanın sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini irəli sürüb.
Səsvermə nəticəsində deputat Eldar İbrahimov komissiyanın sədri seçilib. Komissiya sədrinin təklifinə əsasən, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.
Tədbirdə çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov yenidən ona göstərilən etimada görə təşəkkürünü bildirib və komissiya üzvlərinə uğurlar arzulayıb.