Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Eldar Mansurov türkiyəli məşhur müğənni Levent Yüksel ilə bir araya gəlib.
Ölkə.Az xəbər verir ki, bu barədə hər iki sənətçi sosial şəbəkələrdə paylaşım edib.
“Qiymətli böyüyüm, ustad Eldar Mansurov və oğlu ilə “Zalim”in çıxışından bu günə (31 il sonra) ilk dəfə görüşdük. Ayağınızı sağlıq, ustadım”, - deyə Levent Yüksel instaqramda yazıb.
Qeyd edək ki, “Zalim” mahnısı 1996-cı ildə yayımlanıb və həmin dövrdən günümüzə qədər geniş dinləyici kütləsi qazanıb. Mahnının musiqisi Eldar Mansurova, sözləri Sezen Aksuya məxsusdur.
Mahnının musiqisi Eldar Mansurovun “Bayatılar” bəstəsindən götürülüb.
Qeyd edək ki, "Bayatılar"ı ilk dəfə 1989-cu ildə Brilliant Dadaşova ifa edib.
Billurə