Eldar Məmmədova hökm oxundu

14.11.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Eldar Məmmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Mehdiabad qəsəbəsində yerləşən “Binəqədi Gənclər Şəhərciyi”ndə baş verib. Eldar Məmmədovla Maşallah Cəfərov arasında mübahisə yaranıb. Mübahisə zamanı Eldar Məmmədov Maşallah Cəfərovu bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Eldar Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. /APA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью