Eldar Qasımov Bolqarıstanın Eurovision 2026 milli seçim finalının ulduz qonağı oldu

03.02.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Eurovision-2011" qaliblərindən biri Eldar Qasımov Bolqarıstanın "Eurovision-2026" mahnı müsabiqəsi üçün keçirilən milli seçim finalında xüsusi qonaq qismində çıxış edib.

BAKU.WS xəbər verir ki, möhtəşəm şou 31 yanvar tarixində Sofiyada baş tutub və Bolqarıstan Milli Televiziyası (BNT) vasitəsilə canlı yayımlanıb.

Eldar gecəyə müsabiqənin "əfsanəvi qalibi" statusunda dəvət olunub. Onun iştirakı Bolqarıstanın üç illik fasilədən sonra "Eurovision" səhnəsinə qayıdışını simvolizə edən bu möhtəşəm gecəyə xüsusi nüfuz və beynəlxalq ab-hava qatıb. Sənətçi səhnədə ingilisdilli hit mahnılarından ibarət popurri təqdim edib, gecənin kulminasiya nöqtəsi isə Eldarın 2011-ci ildə qələbə qazandıran "Running Scared" mahnısını səsləndirməsi olub. İfa həm zalda, həm də televiziya tamaşaçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Eldarla eyni səhnəni "Eurovision-2026" iştirakçıları Alis (Albaniya) və AIDAN (Malta), həmçinin Bolqarıstanın məşhur ifaçıları Nevena Tsoneva və İvo Dimçev bölüşüblər. Bu beynəlxalq heyət gecəyə əsl "Eurovision" ruhu qazandırıb.

Bolqarıstan mediası, o cümlədən Fakti.bg portalı və BNT-nin rəsmi resursları Eldarın iştirakını geniş işıqlandıraraq onun səhnəyə çıxışının gecəyə xüsusi parıltı və prestij qatdığını vurğulayıblar.

Gecənin sonunda Bolqarıstanı "Eurovision-2026" müsabiqəsində - Vyanada keçiriləcək finalda - təmsil etmək hüququnu müğənni DARA qazanıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Българска национална телевизия (@bnt.bg_)

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью