Eldar Zeynalov vətəndaşları qəbul etdi FOTO

25.11.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri, işğaldan azad olunmuş ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalov noyabr ayı ərzində vətəndaşların 8 qəbulunu keçirib.

Bu barədə Moderator.az-a Komitədən məlumat verilib.

Bildirilib ki, qəbullarda 330 məcburi köçkün iştirak edib.

Aparat rəhbərinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər doğma yurda qayıtmaq istəklərini bildirib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərindən razılıq ifadə ediblər. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Onlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə cavablandırılacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью