Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb. Sport24.az xəbər verir ki, o, A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim funksiyasını yerinə yetirəcək.
Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi yunanıstanlı Vasileios Vasileiadis olacaq.