Eldəniz Əzizli Avropa çempionatında gümüş qazandı

12.04.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) gümüş medal qazanıb.

Xalqcebhesi.az xəbər verir ki, o, yarışın finalında rusiyalı Emin Seferşayevə uduzub.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə də Avropa çempionatında qızıl mükafat qazanıb. Bu gün Murad Məmmədov (63 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal görüşünə çıxacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью