Eldəniz Əzizli erməni rəqibini məğlub edib finala çıxdı

11.04.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Sfera.az xəbər verir ki, o, finala gedən yolda Ermənistan təmsilçisi Manvel Xaçataryanla qarşılaşıb.

Rəqibini 5:1 hesabı ilə məğlub edən güləşçimiz ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, bu, E.Əzizli üçün dördüncü Avropa çempionatının finalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью