Eldəniz Əzizli: “Finalda taktiki səhv səbəbindən uduzdum”

13.04.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Avropa çempionatının finalında taktiki səhv ucbatından uduzdum"

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medal əldə etməsinə münasibətini bildirərkən deyib.

O, buraxdığı səhvləri qarşıdan gələn yarışlarda təkrarlamamağa çalışacağını vurğulayıb: “Çempion olacağımı düşünürdüm. Amma bəzən düşündüklərin olmur. Finalda taktiki səhv ucbatından uduzdum. Güləşdir, hər an hər şey mümkündür. Ruhdan düşmürən, qarşıda dünya çempionatı var. Çalışacağam buraxdığım səhvi təkrarlamayım”.

Qeyd edək ki, Eldəniz Əzizli finalda rusiyalı Emin Seferşayevə (UWW) uduzaraq ikinci olub.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью