Eldəniz Məmmədov iş tapa bilmir...

18.06.2026

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müğənni Eldəniz Məmmədovu çoxlarımız yaxşı tanıyırıq. Ən azından o, ATV kanalının bir vaxtlar  keçirdiyi" Xalq ulduzu" müsabiqəsində birinci yerə çıxıb! Onun nə arxası və nə də elə maddi imkanı  olub ki, özünü hardasa  rekam etdirsin. Yəni bu yarışmaya kimi çoxları onu tanımirdı . Amma səsi , istedadı və zəhmətkeşliyi bir neçə gündə Eldənizi bütün xalqa tanıtdırdı və sevdirdi.

Çünki onun bal səsi, yüksək mədəniyyəti , əxlaqı və tərbiyəsi var. Mən onu 25 ilə yaxındır ki, tanıyıram! Heç kimə bənzəməyən  bulaq suyu kimi təmiz bir ziyalıdır! " Ziyalı" sözünü xüsusilə vurğulayıram. Ona görə ki, hər müğənni ziyalı deyil. O, Milli Konservatoriyanı bitirib.Və böyük sənətkar,  Xalq artisti İslam Rzayevdən dərs alıb.Eldəniz Məmmədov həm də nadir müğənnilərdəndir ki, xalq və bəstəkar mahnılarını yüksək peşəkarlıqla ifa edir. Ən çətin bəstəkar mahnılarını da o, çox gözəl oxuyur.

Amma bu istedadlı sənətkara bir iş yeri tapılmır və deyirlər ki, sənin magist təhsilin yoxdu. Bu absurd bir şeydi. Səs, istedad , peşəkarlıq olan yerdə diploma ehtiyac yoxdur.Belə yanaşmalar sovet dövründə qalmış  xoşa gəlməyən ənənələrdir.Neçə olur ki, orta səviyyəli mügənnilər musiqi məktəblərində , kolleclərdə, hətta Opera Teatrında  iş tapa bilir, amma Eldəniz Məmmədova hardasa bir iş tapılmır.Olkəmizdə nə qədər mədəniyyət evləri, ayrı - ayrı nazirliklərin özfəaliyyət kollektivləri var! Bu qədər iş yerləri olduğu halda, bəs niyə Eldəniz  kimi bal səsi olan müğənniyə iş tapılmır?

Heç şübhəsiz ki, bu məsələdə Mədəniyyət Nazirliyi Eldəniz Məmmədov kömək edə bilər. Onun kimi istedadlı  sənətkar  həm də xalq və bəstəkar mahnılarını gənclərə bir müəllim kimi də  öyrədə bilər! Onu iş yeri yaratmaqla aidiyyəti qurumlar xalq musiqimizin  ömrünü uzatmıs olar, Eldənizin müəllimi daha sənətkar İslam Rzayevin ruhunu sevindirərlər!!!

Emil FAİQOĞLU    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью