Eldəniz Yusubov: “Belə nəticələr klub rəhbərliyini son dərəcə narazı salıb” | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli premyer-liqasında hədəflərinə uyğun olmayan çıxışla yadda qalan “Araz-Naxçıvan” Bizon ölkə kubokunda da uğursuzluğa düçar oldu: elitada autsayderlər qrupunda qərarlaşan “Kəpəz”i qəbul edən “qırmızı-ağlar” şok məğlubiyyətlə üzləşdi.
Elmar Baxşıyevin komandası bununla mübarizəni dayandırdı və avrokuboklara aparan qısa yoldan çəkildi.
Təbii ki, naxçıvanlıların problemi bununla bitmir. “Qırmızı-ağlar” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Onlar son 9 oyunun yalnız ikisində meydanı qələbəylə tərk edib.
İş ondadı ki, həmin qələbələr “İmişli” və “Karvan-Yevlax” kimi premyer-liqaya bu mövsüm yüksələn, əsas hədəfi elitada qalmaq olan komandalar üzərində qazanılıb.
Bu səbəbdən “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə qazanmaq şansının böyük olmadığını demək mümkündü.
Hər halda, çatışmazlıqlar özünü təkcə nəticədə yox, həm də kollektivin zəif və istəksiz çıxışında göstərir.
Tam oxu
Xəbəri oxu