Icma.az bildirir, Axsham.az portalına istinadən.
Müğənni Eldəniz Məmmədov Qarabağ Universitetində çalışmaq istəyir.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" proqramında danışıb. O bildirib ki, universitetdə müəllim kimi fəaliyyət göstərmək istəsə də, alınmayıb:
"Mənə təklif gəldi, amma olmadı. Magistratura təhsilim olmadığı üçün icazə vermədilər. Orada müəllim kimi çalışmaq üçün magistratura təhsilin olmalıdır. Hər il imtahan verirəm, amma kəsilirəm".