“Elə 90 dəqiqə məyus görünürdüm” Qurban Qurbanov+Video

02.02.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Liverpul”a 0:6 hesabı ilə uduzduqları oyun zamanı sosial şəbəkələrdə məyus olması ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, həmin anları belə şərh edib:

“Mənə elə baxsanız, 90 dəqiqə məyus görünürdüm. Pley-off-a çıxmağımız, Liqa mərhələsində 10 xal yığmağımız böyük uğurdur. Sevinməliyik, amma hamımız məyus olduq. Üzərimizə gəlirlər, azarkeşlər fərqli yanaşırlar. Bir az bunun da təsiri var. Onun məyusluğu, insanıq həyatımızda olan problemlərin məyusluğu... Bunlar hamısı üst-üstə gəlir. Bəzən emosiyalarımı belə göstərirəm. Futbol elə oyundur ki, bir matçda qəhrəman olursan, digərində isə əksi olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью