Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– “Qarabağ”ı Çempionlar Liqasındakı uğuruna görə təbrik edirəm. Bu, Azərbaycan futbolunun uğurudur. Oyuna gəlincə, yaxşı məqamlar var idi. Ümumilikdə isə məyusedici nəticə oldu. Sonda imkanlar yaratsaq da, dəyərləndirə bilmədik.
– Burdan xal və ya xallar qazanmaq üçün nə çatmadı?
– Realizasiya.
– Transferlər bitib, ya axtarışdasınız?
– Axtarışdayıq.
– Vadjinin ilk hissədəki müdaxiləsinə qırmızı vərəqə verilə bilərdi. Bu haqda fasilədə onunla danışdınız?
– Xeyr, söhbət olmayıb. Pis niyyəti olmayıb. Oyun epizodu idi. Vadji sonra yaxınlaşıb, üzr istədi.
– “Qarabağ”ın qolundan sonra nəyə etiraz edirdiniz?
– Ofsaydla bağlı şübhələrimiz var idi. Nədənsə, VAR da xətti göstərmədi. Hər oyun göstərir, bu gün yox. Bəlkə də, mən də səhv edirəm. Elə başa düşülməsin ki, bəhanədir, buna görə uduzduq.
– Stadionla bağlı tez-tez yer dəyişirsiniz. Bu, komandanın oyununa təsir edir?
– Stadionumuzun hazır olmasını gözləyirik. Azarkeşlərimiz önündə oynamaq istəyirik.
– Avrokuboklara getməkçün kuboku, ya liqanı düşünürsünüz?
– İkisini də.
– Qolda müdafiəçiniz Zubirə ötürmə etdi. Bu səhvi necə qarşılayırsınız?
– Futboldur, ola bilər.
– Yeni hücumçunuz Çinellidən gözləntiləriniz nədir?
– Vaxt lazımdır. Düşünürəm ki, kömək edəcək.
Şahin Cəfərov