“Elə bil, düşmən ölkənin vətəndaşlarıdır” “20 Yanvar”da sürücülər belə görüntüləndi

16.06.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


"20 Yanvar" dairəsində cərimədən yayınmaq üçün avtomobil nömrələrini gizlətməyə çalışan taksi sürücüləri görüntülənib.

Bakupost.az xəbər verir ki, hadisəni lentə alan vətəndaş mövcud vəziyyətə etiraz edərək belə deyib:

“Vallah, bu yaşayış deyil, camaata zülm etməkdir. İnsanlar burada nömrələrini gizlədir ki, heç olmasa 5 manat çörək pulu qazansınlar. Belə şey olmaz. Elə bil, düşmən ölkənin vətəndaşlarıdır, gəlib burada gizlincə pul qazanırlar, guya dövlətin cibinə girirlər. Yazıqlar 5 manata görə nömrənin qarşısını kəsirlər ki, cərimə yazılmasın”.

Sözügedən kadrları təqdim edirik:

Lalə Novruz


" >


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью