Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Dubayda, İstanbulda yaşamışam.
Ərim işləyirdi, dünyanı gəzirdi, mən də onunla gəzirdim. İndi namaz qılıram, tək yaşayıram. 9 aydır sağalmışam.
Reabilitasiyanı tək keçmədim. 6 ayımda getdim. Oğlumun uşaq evində videosunu gördüm, başqa aləmə düşdüm.
Gördüm ki, autizm olan oğlum danışır. Motivasiya verdi mənə".
Ölkə.az xəbər verir ki, bu sözləri bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova bloger Nail Kəmərlinin yutub layihəsində deyib.
Uzun illər narkotik aludəçisi olan, hər şeyini satan model sağaldığını deyib: "Həyat yoldaşım gördü depressiyaya düşdüm, nazımla oynadı.
Məni çoxlu səyahətlərə göndərdi. Amma mən səhvlərə ordan başladım. Bakının ən bahalı klublarına gedirdim.
Zəng vurub ən bahalı yeri saxlatdırırdım. 2 min manata yer götürürdüm. Dostlarımı yığırdım ki, gedək, hesab mənlikdir.