Elə bir sülh qazanmalıyıq ki, növbəti Qarabağ savaşı olmasın Zahid Oruc | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. “Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda q
Çünki, Avropada şərtlər başqadır. Lakin təkcə qaliblərə yaşamaq haqqı verən qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyi
Prezident siyasi mövcudluğun əsas təminatını-qalib ordunu dünyaya göstərdi”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Düşmənin əli ilə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan qüvvələri qoydu.
İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur.
Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin.
Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik.
Tam oxu
Xəbəri oxu