Ələ keçirilən narkotiklərin həcmi 37 kiloqramdan çox olub

12.04.2025

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN-in mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью