Elə silahlarımız var ki... Tramp dünyanı qorxudur

21.01.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton digər ölkələrə məlum olmayan silah sistemlərinə sahibdir.

Modern.az-ın məlumatına görə, Tramp bu barədə "NewsNation" telekanalına müsahibəsində danışıb
O, Venesuelada həyata keçirilmiş hərbi əməliyyat zamanı guya səs silahından istifadə edilməsi ilə bağlı jurnalistin sualını şərh edərkən belə deyib:

“Bizim elə silahlarımız var ki, onlar haqqında heç kim bilmir. Yəqin ki, bunu açıqlamamaq daha yaxşı olardı, amma bizim çox heyrətamiz silahlarımız var”, – deyə Tramp qeyd edib.

ABŞ administrasiyasının rəhbəri sözügedən silahlarla bağlı hər hansı detal açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью