Ələkbər Şükürlü faciəvi şəkildə ÖLDÜ

05.02.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yardımlıda ölüm hadisəsi olub.

News24.az-ın məlumatına görə, hadisə Zevin kəndində baş verib.

15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açılaraq ölüb. 

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью