Elektrik enerjisi üzrə sabit tarif 1 manatı keçməyəcək

08.07.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Elektrik enerjisi üzrə sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

Modern.az xəbər verir ki, bunu enrgetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının iclasında bildirib. 

"Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq", - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью