Elektrik enerjisinin istehsalı azaldı

16.01.2025

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən il operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28,4 milyard kVt·st olub.

Teleqraf.com xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Bu, 2003-cü il müqayisədə 900 milyon kVt·st azdır.

Ayrıca ötən il elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt·st, idxalı 170,5 mln. kVt·st olub.

2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 mln. kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 mln. kVt·st artıb.

Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14% olub. Bu, 2023-cü ilə müqayisədə 7 faioz çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью