Elektrik enerjisinin ixracı 2,5 dəfə azaldı

23.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Azərbaycan elektrik enerjisi ixracını kəskin azaldıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il 1 milyard 753 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Bu, 2023-cü illə müqayisədə 2 milyard 566 milyon kVt/saat və ya 2,5 dəfə azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,35 %, qeyri-neft sektoru üzrə ixracında isə 2,80% paya malik olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью