Elektrik şəbəkəsinə qoşulma qaydaları dəyişdi

16.06.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Elektrik şəbəkəsinə dair Qaydalar”ın 159.1-ci və 160.1-ci bəndlərinin birinci cümlələrində tənzimlənən müraciət formaları istehlakçı qruplarına görə diferensiallaşdırılıb.

Yeni qaydaya görə, müvafiq prosedurlar zamanı məişət istehlakçıları üçün həm elektron, həm də yazılı formada müraciət etmək imkanı saxlanıldığı halda, qeyri-məişət istehlakçıları (sahibkarlıq subyektləri və digər təşkilatlar) üçün müraciətlərin yalnız elektron formada həyata keçirilməsi tələbi müəyyən edilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью