Elektrik və hibrid avtomobillərə gömrük güzəştinin müddəti uzadılsın Təklif

17.09.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda elektrik və hibrid avtomobillərinin ölkəyə idxalına tətbiq olunan güzəştlərin müddəti başa çatmaq üzrədir. 

"Unikal" xəbər verir ki, bunu deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Müvafiq qurumlarla müzakirə edib, məqsədə uyğun olarsa həmin güzəştlərin müddətinin uzadılmasını təklif edirəm", - deyə o qeyd edib.

Deputat həmçinin sadələşdirilmiş vergi limitlərin artırılması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsini təklif edib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью