Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cəlilabadda 10-a yaxın iribuynuzlu heyvan elektrik vurmasından tələf olub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Zərbiəlli kəndində qeydə alınıb.
Biçilmiş əkin sahəsinin yandırılması nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik dirəkləri yanaraq aşıb.
Nəticədə həmin ərazidə otlayan 10-a yaxın iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verildikdən sonra elektrik xətlərində baş vermiş qəzanın nəticələri aradan qaldırılıb.