Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elektromobilin ətraf mühit, xüsusən də iri şəhərlər üçün əlverişli olduğu artıq aksiomdur.
Lakin, elektrikdoldurma məntəqələri barədə bunu tam əminliklə demək mümkün deyil.
Avtosfer.az xəbər verir ki, Los-Anceles Universitetinin əməkdaşlarının apardığı tədqiqat bu məntəqələrdə nanozərrəciklərin, yəni xırda toz zərrəciklərinin normadan çox olduğunu üzə çıxarıb.
Hesablama göstərib ki, doldurma qurğularının ətrafındakı hər kub metr havada tozun miqdarı 7-39 mikroqram arasında dəyişir.
Şəhərdə orta göstərici 8 mikroqramdır. Yanacaqdoldurma məntəqələrində maksimum hədd 12-ni keçmədiyi halda doldurma qurğusunun ətrafında 200
Professor Maykl Cerret iddia edir ki, zərrəciklər çox kiçik olduğu üçün ağciyərlərin ən aşağı hissəsinədək enə və alveollardan qana daxil ol
Bu da sağlam adamlarda ağciyər və ürək-damar xəstəlikləri yarada, xəstə insanların isə vəziyyətini ağırlaşdıra bilər.