Elektrikli avtomobil istehsalçısının zərəri artdı

07.11.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikanın elektrik avtomobil istehsalçısı "Lucid Group" bu ilin üçüncü rübündə xalis zərərini 9% artırıb. Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Belə ki, iyul-sentyabr aylarında xalis zərər ötən ilin eyni dövründəki 949,6 milyon dollarla müqayisədə 1,03 milyard dollara yüksəlib. Avtomobil istehsalçısının gəliri isə 68% artaraq 200 milyon dollardan 336,6 milyon dollara çatıb. "Lucid"in avtomobil tədarükü ötən rübdə illik müqayisədə 47% artaraq 4078-ə çatıb İstehsal isə təxminən 2,2 dəfə artaraq 3891 elektrikli avtomobilə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью