Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Expressbank”ın VISA kart istifadəçiləri ilə keçirdiyi “Şans Ekspressi” lotereyasının artıq IV rübü başlayıb!
2024-cü ilin aprel ayından start götürən bu lotereyada artıq 111 şanslı qalib müxtəlif qiymətli hədiyyələr qazanıb.
Onlardan 3 nəfər super uduş olan elektrikli avtomobil qalibləridir.
Bundan başqa, ötən üç rübdə onlarla son model “iPhone”, “Apple Watch” və “AirPods” öz qaliblərini tapıb.
Qaliblərin seçim prosesi Bankın rəsmi sosial media hesablarında açılan canlı yayım zamanı təsadüfi seçim proqramı ilə müəyyən olunur.
Öncəki tirajlarda qalib olan şanslı müştərilərimizi buradan tanıya bilərsiniz.
Qeyd edək ki, lotereya davam edir və son 1 ədəd “Volkswagen ID4 Pure+”, 6 ədəd “iPhone 16”, 10 ədəd “Apple Watch 10” və 20 ədəd “AirPods 4 ANC” öz qaliblərinə çatmağı gözləyir.