Elektrikli avtomobil sahiblərinin 92%i benzin və ya dizelə qayıtmaq istəmir | Icma.az
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aparılan sorğunun nəticələrinə görə, elektrikli avtomobil sahiblərinin əksəriyyəti gələcəkdə yenə də elektriklə işləyən avtomobillərə üstünlük verəcəklərini bildirib.
Bunun əsas səbəbi isə yalnız iqlim problemləri ilə bağlı deyil.
Milli.Az xəbər verir ki, elektrikli avtomobillərin satış həcminin artım tempi son vaxtlar əhəmiyyətli dərəcədə azalır.
Ancaq dəyişməyən məqam odur ki, artıq elektrikli avtomobil sahibləri bu texnologiyaya çox sadiqdirlər.Yeni bir sorğunun nəticələrinə əsasən, iştirakçıların 92%-i daxili yanma mühərrikli avtomobilə qətiyyən geri dönmək istəmədiklərini qeyd edib.
İştirakçıların yalnız 1%-i yalnız daxili yanma mühərrikli avtomobilə qayıtmaq istəyəcəyini deyib, 4%-i isə hibrid modelləri seçəcəyini bildirib.
İştirakçıların qalan 3%-i isə qərar verə bilmədiklərini qeyd edib. Tədqiqatın detallarını kim aparıb?
Bu araşdırma, elektrikli avtomobil sahiblərinin təşkilatı olan "Global EV Alliance" tərəfindən hazırlanıb.
Tam oxu
Xəbəri oxu