Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Texnologiya dünyası indiyədək mövcud batareyaları daha səmərəli hala gətirmək üçün
Lakin CES 2026 sərgisində təqdim olunan yeni bir ixtira bu sahədə tamamilə yeni mərhələ açıb.
Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, “Donut Lab” tərəfindən hazırlanmış və dünyada ilk dəfə seri istehsala hazır olan bərk hal batareyası elektrikli avtomobil sahiblərinin ən böyük narahatlığı sayılan uzun şarj müddətini faktiki olaraq aradan qaldırır.
Şirkətin paylaşdığı məlumatlara görə, bu batareya cəmi beş dəqiqə ərzində tam doluluğa çatır.
Bundan əlavə, kiloqram başına 400 Wh enerji sıxlığı təklif edərək bazardakı ən güclü rəqiblərini belə iki dəfə üstələyən tutum təqdim edir.
Yüz min şarj dövrəsi və yüksək davamlılıq Yeni nəsil batareyanın üstünlüyü yalnız sürət və tutumla məhdudlaşmır.
O, eyni zamanda istismar müddətini də diqqətçəkən səviyyəyə yüksəldir.
Standart litium-ion batareyalar təxminən 5 min şarj dövrəsindən sonra performansını itirdiyi halda, “Donut Lab”ın yeni batareyası 100 min dövrəyədək funksionallığını qoruyur.