Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Changan” və “CATL” elektrikli avtomobillər üçün yeni nəsil batareyalar hazırlayır.
“Bakupost” xəbər verir ki, şirkətlər batareya istehsalına 750 milyon dollar investisiya yatıraraq birgə istehsal gücünü 75 GWh-a çatdırmağı planlaşdırır.
“Changan” yeni batareyalarla avtomobillərin bir şarjla 1 500 kilometrdən çox məsafə qət etməsini və batareyanın 30%-dən 80%-ə qədər 9 dəqiqəyə doldurulmasını hədəfləyir.
Yeni istehsal müəssisəsinin 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Vüsalə Hüseynova,
BakuPost