Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu texnologiya əvvəllər tramvay və trolleybuslarda tətbiq olunub.
Aslan Əsədov
“Belə informasiya xarakterli məlumatlar var. Ancaq bu mütləq nəm, yağış olmayan havalarda tətbiq edilməlidir. İqlimin xüsusiyyətini nəzərə almadıqda, yəni pis hava şəraiti olduqda insanları “tok” vura bilər, yaxud müəyyən şüalanma baş verə bilər. Onun üçün də bu texnologiya sınaq mərhələsindədir. Məsələ tam həllini tapmamışdan öncə düşünürəm ki, innovativ yeniliklərə doğru atılan addımlar cəmiyyət tərəfindən əsasən müsbət qarşılanır. Xüsusilə bu yeniliklər real fayda verəcək layihələrdirsə. Nəqliyyat vasitələrinin hərəkətdə olarkən şarj edilməsi də bu baxımdan maraqlı və faydalı bir yanaşmadır. Bu texnologiya əvvəllər tramvay və trolleybuslarda tətbiq olunub. Həmin nəqliyyat vasitələrində enerji ötürülməsi elektrik naqilləri vasitəsilə həyata keçirilir və bu sistem artıq qurulmuş bir mexanizmə əsaslanır. Bu nöqteyi-nəzərdən, məsələ həm texniki cəhətdən mümkündür, həm də faydalı ola bilər. Gələcəkdə belə texnologiyaların daha geniş tətbiqi üçün innovativ laboratoriyaların yaradılması və sürətli həll mexanizmlərinin işlənməsi zəruridir”-deyə Aslan Əsədov qeyd edib.
Günel Həsənova, Bizimyol.info