Elektrikli avtomobillərin idxalı 30% azalıb

16.04.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,1% və ya 7 585 ədəd azdır.

Qeyd edək ki, hesabat dövründə ölkəyə 7 milyon 898 min dollar dəyərində yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da illik müqayisədə say baxımından 30,1% və ya 129 ədəd azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью