Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Elektrikli avtomobillərin batareyalarının ömrü ilə bağlı 500 mindən çox avtomobilin məlumatları əsasında araşdırma aparılıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, məlum olub ki, batareyaların vəziyyətinə avtomobilin modelindən daha çox istifadə və şarj vərdişləri, sürətli şarjdan istifadə tezliyi və iqlim şəraiti təsir edir.
Araşdırmaya görə, elektrikli avtomobillərin batareyaları 50 min kilometr yürüşdən sonra orta hesabla ilkin tutumunun 94 faizini, 150 min kilometrdən sonra isə 91 faizini qoruyur.
Məlumata əsasən, eyni modelə aid avtomobillər arasında belə batareyaların vəziyyətində 13,5 faizə qədər fərq yarana bilər.
150 min kilometr yürüşdən sonra “Mercedes EQA” və “Hyundai Ioniq” 5 modellərinin batareyaları tutumunun təxminən 93 faizini, “Tesla Model Y” və “Volkswagen ID.4” isə 90 faizdən çoxunu saxlayır.
Kiçik tutumlu akkumulyatorlara malik “Nissan Leaf”, “Mini Cooper SE” və “Renault Zoe” kimi modellərdə isə 150 min kilometrdən sonra bu göstərici 85-87 faiz arasında dəyişir.
Araşdırma ortaya belə nəticə çıxarıb ki, elektrikli avtomobilin batareyalarının uzunömürlülüyündə yalnız avtomobilin modeli deyil, ondan necə istifadə edilməsi və hansı şəraitdə şarj olunması da mühüm rol oynayır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin