Elektrikli Niva ilə bağlı şayiələr gerçək oldu

20.06.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Almaz-Antey konserni elektrikli Niva (e-Neva) üzərində işi rəsmən dayandırıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Denis Manturov məlumat verib.

Əslində  bu layihənin dayandırılacağı barədə söz-söhbət çoxdan gəzirdi. Konsernin bu sahədə işi dayandırmasına səbəb dövlətin maliyyə ayırmaması və hərbi sifarişlərin çoxluğudur. Ukrayna ilə müharibə başlayandan  zavod müəssisə sifarişləri çatdırmaq üçün 3 növbədə işləməli olur. 

Qeyd edək ki, elektrikli Nivanın layihələndirilməsinə  təxminən 2 il əvvəl başlanıb. Plana görə avtomobil 2 elektrik mühərriki ilə təchiz edilməli, bir dolumla 435 kilometr qət etməli idi.

Xatırladaq ki, Rusiyada digər elektromobil layihələri də dayandırılıb.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью