Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq AZƏRTAC

27.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 dekabr, AZƏRTAC

Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью