Elektromobilin səsini köhnə təkərlə azaltdılar

16.06.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Elektromobil ənənəvi avtomobildən daha səssizdir, lakin bu səssizliyin başqa tərəfi də var. 

Avtosfer.az xəbər verir ki, elektromobildə elektronik avadanlıqlar 800-1000 hers tezliklə işləyir və bu da narahatverici küy yaradır. Burada mühərrikdən daha çox idarəetmə bloklarında yaranan səs eşidilir. Bu küyün səviyyəsi daxiliyanma mühərriki və ya transmissiyanın səsindən az olsa da, daha çox narahatlıq yaradır. İstehsalçılar bu səsin qarşısıpnı almaq üçün müxtəlif materiallardan istifadə edirlər. Lakin, bu materiallar həm baha, həm də ağırdır. Bir yandan maya dəyəri artır, digər tərəfdən elektromobilin onsuz da ağır olan kütləsi bir qədər də artır. 

Almaniyanın Maqdeburq Universitetinin əməkdaşları bunun çarəsini tapıblar. Onlar işlənmiş şinlərdən izolyasiya materialı hazırlayıblar. Sınaq zamanı səs səviyyəsini 57 desibeldən 50 desibelə endirilməsinə nail olunub. Sınaqlar zamanı mühərrikin dövrlər sayı dəqiqədə 10 minə çatıb.

Bu məsələ həm də istehsalçılara sərf edir. Çünki təkrar emal olunmuş materiallardan istifadə tələbi hər il sərtləşir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью