Elektromobillər tıxacların artmasına səbəb olur?

16.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Tıxacların atrmasının əsas səbəbi kimi əksər hallarda nəqliyyat vasitələrinin çoxluğu göstərilir. Burada həqiqət payı böyükdür. Lakin son tədqiqatlar nəqliyyat vasitəsinin tipinin də tıxaca təsirini üzə çıxarıb. 

Avtosfer.az xəbər verir ki, Bristol Universitetinin tədqiqatları nəqliyyat vasitələrinin enerji mənbəyinin də tıxaca təsirini araşdırıb. Burada sırf fizika qanunları işləyir. Daxiliyanma mühərrikli avtomobildə sürücü ayağını pedaldan çəkdikdə sürət kəskin azalmır. Dayanmaq üçün tormoz pedalına basmaq lazımdır ki, bu müddətdə də maşın ətalətlə müəyyən qədər yol qət edir.

Elektromobildə isə hərəkət fərqlidir. Sürücü ayağını pedaldan götürən kimi rekuerativ tormoz sistemi işə düşür və sürət kəskin azalır. Çox vaxt şəhər rejimində tormozdan istifadəyə ehtiyac qalmır. Qarşıdakı avtomobilin sürətinin azaldığını görən sürücü dərhal tormoza basır və bu da zəncirvari reaksiya doğurur.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью