Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü ildə Türkiyədə istifadədə olan avtomobillərin sayı 16 milyon 232 min 458 ədəd olub.
Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, ölkədə qeydiyyata alınmış avtomobillərin siyahısında elektromobillərin xüsusi çəkisi 1,1 faiz olub.
Belə ki, ötən il istifadədə olan hər 88 avtomobildən 1-nin elektriklə işlədiyi bəlli olub.
Türkiyə Statistika İdarəsinin hesabatına görə, ölkədə qeydiyyata alınan elektrik avtomobillərinin sayı ötən il əhəmiyyətli dərəcədə artıb.
Belə ki, elektromobillərin qeydiyyata alındığı 2011-ci ildə bu avtomobillərin sayı 24 olduğu halda, 2018-ci ildə bu rəqəm 952-yə, 2019-cu ildə 1000-ə, 2021-ci ildə 6267, 2022-ci ildə 14552, 2023-cü ildə 80043-ə yüksəlib.
Ötən ilin sonuna olan məlumata görə, qeydə alınan elektrik avtomobillərin sayı 2023-cü illə müqayisədə 129,6 faiz artaraq 183 min 776-ya çatıb.
2020-2024-cü illər arasında ölkədə elektrik avtomobillərinin sayının artması da diqqət çəkib.